Bakı-Qazax magistralında ağır qəza: yaralılar var
    • 17-11-2023, 00:21
    • 194

Bakı-Qazax magistralında ağır qəza: yaralılar var

Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan, 1969-cu il təvəllüdlü B.Hüseynov və 1981-ci il təvəllüdlü Y.Namazov xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin birinin yük yerində olan kartof yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.