-
- 24-11-2023, 11:44
- 598
Azərbaycanda alimentlə bağlı VACİB XƏBƏR - VİDEO
Ölkə konstitusiyasına görə ailə dövlətin və cəmiyyətin əsasını təşkil edir. Ona görə də həm ailə münasibətləri, həm də ailə üzvləri, xüsusilə də uşaqların hüquqları normativ hüquqi aktlarla qorunur. Ailə institutu çərçivəsində müəyyən edilən aliment anlayışı isə sırf uşağın zəruri ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub.
News24.az xəbər verir ki, Vəkil Anar Ramazanov bildirir ki, alimentin sabit məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun hesablanır. Hazırda bu məbləğ 220 manat təşkil edir.
Vəkil deyir ki, aliment məsələsi ilə bağlı qanunvericilikdə boşluqlar da mövcuddur. Belə ki, işsiz, hətta əmək qabiliyyəti olmayan valideynlərin belə üzərinə aliment öhdəliyi qoyulur.
Anar Ramazanov bildirir ki, ciddi problemlərdən biri də ödənməyən alimentlərdir.
Vəkil onu da qeyd edib ki, nikaha rəsmi xitam verilmədən, yəni boşanmadan ana və ya atanın tələbi ilə alimentlə bağlı məhkəmə qərarı çıxarıla bilər. Eyni zamanda, aliment ödəyən valideynin əməkhaqqı artdıqda digər tərəfin alimentin məbləğinə yenidən baxılması üçün iddia qaldırmaq hüququ var.