-
- 3-11-2023, 15:11
- 204
Deputat bir daha Aliment Fondunun yaradılmasını TƏKLİF ETDİ
"Aliment Fondunun icra mexanizmi ilə əlaqədar beynəlxalq təcrübə təhlil edilib. Və rəsmi olaraq müvafiq dövlət qurumlarına öz təkliflərimizi təqdim edəcəyik".
News24.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, mən artıq bir neçə dəfə Aliment Fondunun yaradılması və ödənişli atalıq məzuniyyəti ilə bağlı təklif irəli sürüb.
"Mənə və burada əyləşən deputat həmkarlarıma da edilən müraciətlərin böyük bir hissəsini məhz alimentin ödənilməməsi təşkil edir", - o deyib.