"Neftçi" və bakılı qızlar Azərbaycanı ŞOKA SALDI
    • 27-11-2023, 13:30
    • 139

"Neftçi" və bakılı qızlar Azərbaycanı ŞOKA SALDI

Yüksək Qızlar Liqasında maraqlı hadisələr qeydə alınır.

Çempionatın yeni mövsümünün ikinci turunda 3 böyükhesablı qələbə qeydə alınıb.

Bunlardan ən diqqətçəkəni "Aran" (Ağcabədi) – "Baku Juniors" matçına təsadüf edib. Belə ki, bakılılar debütant rəqibin qapısından nə az, nə çox - 52 cavabsız top keçirib.

Son çempion "Sumqayıt" "Şəmkir"lə görüşdə 10 cavabsız qola sevinib.


"Neftçi" isə "Araz-Naxçıvan"la görüşdə 17 dəfə fərqlənib. Bölgə təmsilçisi bu qədər qolun qarşılığında cəmi 1 dəfə adını tabloya yazdıra bilib.