Ağstafada yol qəzası olub, xəsarət alanlar var
    • 12-12-2023, 18:46
    • 138

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

News24.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İki minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.