Lənkəranda 15 yaşlı oğlan xəstəxanada öldü
    • 23-12-2023, 12:34
    • 128

Lənkəranda 15 yaşlı oğlan xəstəxanada öldü

Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb.

News24.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov gecə saatlarında ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yeniyetməyə dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyub və təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Yeniyetmə bu gün xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.