Həbsdəki polkovnik hökmdən narazıdır - Ali Məhkəməyə şikayət
    • 23-12-2023, 15:22
    • 239

Həbsdəki polkovnik hökmdən narazıdır - Ali Məhkəməyə şikayət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisini keçmiş köməkçisi polkovnik Zaur Mirzəyev barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Zaur Mirzəyevin şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq. İş üzrə 17 aprel 2024-cü ilə məhkəmə baxış iclası təyin edilib. 

Zaur Mirzəyev 2022-ci ilin avqustunda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zaur Mirzəyev barəsindəki cinayət işinin məhkəmə istintaqi Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmünə əsasən, o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

FHN polkovniki hökmdən apellyasiya şikayəti verib. Lakin şikayəti təmin olunmayıb. 

Zaur Mirzəyev barəsindəki cinayət işi üzrə FHN və iki qadın zərərçəkmiş qisminda tanınır.