6,8 bal gücündə zəlzələ baş verdi
    • 3-08-2024, 11:48
    • 358

6,8 bal gücündə zəlzələ baş verdi

Filippində səhər saatlarında zəlzələ baş verib.

News24.az xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (PHIVOLCS) verdiyi açıqlamaya görə, episentri Mindanao adası sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 06.20-də 9 kilometr dərinlikdə qeydə alınan və qısamüddətli panikaya səbəb olan zəlzələdən sonra sunami riski olmayıb.

Qeyd edək ki, ilkin məlumata görə, itki yoxdur.

Zəlzələdən sonra maqnitudası 5,5-ə çatan bir çox yeraltı təkanlar baş verib və PHIVOLCS yeni afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Günel Məlikzadə