"Moskva İrəvanla əlaqələrini sınaqdan keçirir" - Lavrov
    • 15-12-2023, 18:40
    • 143

"Moskva İrəvanla əlaqələrini sınaqdan keçirir" - Lavrov

Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri bu gün Qərbin qardaş xalqlar arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda sınaqdan keçirilir”.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda sınaqdan keçirilir. Bu təşəbbüs daha da dəyərlidir və birləşdirici gündəliyin axtarışına şərait yaratmaq, eləcə də Ermənistan və Rusiyada ictimai rəyi formalaşdıran yeni simaların meydana çıxmasına töhfə vermək məqsədi daşıyır”, - rusiyalı nazir qeyd edib.

Lavrov müzakirələr nəticəsində praktiki tövsiyələrin hazırlanacağına və faydalı əlaqələr yaradılacağına əmin olduğunu bildirib.

Ayşən