![Hava ilə bağlı əhaliyə xəbərdarlıq: yaxın 3 gün ölkədə...](/uploads/posts/2024-01/1610444623_1572940350_news_20190312015713.webp)
-
- 2-01-2024, 15:17
- 251
Hava ilə bağlı əhaliyə xəbərdarlıq: yaxın 3 gün ölkədə...
Yaxın üç gün ərzində ölkədə güclü külək əsəcək.
Bu barədə "News24.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Yanvarın 3-4-də Azərbaycan rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.