Dilarə Səlim bu telekanala rəhbər təyin edildi - VİDEO
    • 10-01-2024, 21:30
    • 234

Dilarə Səlim bu telekanala rəhbər təyin edildi - VİDEO


“Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyinat olub.

News24.az “Qafqazinfo”a istinadla xəbər verir ki, bu vəzifəyə Azərbaycan Televiziyasının tanınmış aparıcısı Dilarə Səlim gətirilib.

Bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.

Xatırladaq ki, D. Səlimə qədər bu vəzifəni tanınmış rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) icra edirdi. O, dekabrın 1-i vəzifəsindən ayrılıb.