Demet efirdə Anardan danışdı
    • 11-01-2024, 20:10
    • 310

Demet efirdə Anardan danışdı

Türkiyənin məşhur müğənnisi Demet Akalın efirdə azərbaycanlı stilist Anar Ağakişiyevdən danışıb.

News24.az OLAY-a istinadla yazır ki, “Gel konuşalım” proqramında aparıcılıq edən Demet bugünkü makiyajını Anarın etdiyini deyib:

“Bu gün necə gözələm! Bizim Çağla “Kolpaçino” filmində mahnı oxuyub. Ona görə filmin qalasına gedirdi. Anar da onun üçün gəlib, bir də gördüm, deyir, necəsiniz, kraliçam? Dedim, eşqim, sən sabah gəl. Anar və onun asisstenti Murad sağ olsun, həqiqətən gözəl qadınam. Gözəl makiyaj edilərsə... Yeni ildəki makiyajımı heç bəyənməmişdim. 

Küçədə məni makiyajsız görürsüz. Bu gün çox gözələm, 30 kameradan çəkin məni. Bəlkə heç üzümü yumayım? Bülent Ersoy xanıma da zəng elədim, dedi, nə qədər gözəl olmusan! Makiyaj və saçımı bir yerdə 1 saat 10 dəqiqəyə hazırladı. Bitdikdən sonra üzümə 5 sprey vurur. Axırıncısı saç spreyi kimidir. Heç silməsəm, üzümdə üç gün qalar”.