Ekvadorda 178 həbsxana işçisi girov saxlanılır
    • 12-01-2024, 07:42
    • 145

Ekvadorda 178 həbsxana işçisi girov saxlanılır



Ekvador həbsxanalarının mühafizəçiləri və texniki işçiləri də daxil olmaqla ümumilikdə 178 nəfər dustaqların girovluğundadır.

News24.az xəbər verir ki, bu barədə Ekvador penitensiar xidmətinin məlumatında deyilir.

“Hazırda həbsxana sistemində baş verən iğtişaşlar və insidentlərlə əlaqədar El Oro, Kotopaksi, Loja həbsxanalarında girov saxlanılan penitensiar xidmətin 158 əməkdaşının, o cümlədən 20 inzibati-texniki işçinin azadlığa buraxılması istiqamətində işlər aparılır”, - departamentdən bildirilib.

“Biz həbsxana işçilərini, eləcə də dustaqları xilas etmək üçün daim, ardıcıl və məsuliyyətlə işləyirik”, - deyə xidmət əlavə edib