Zakir Həsənov Qırğızıstana başsağlığı verdi - VİDEO
    • 17-01-2024, 12:06
    • 141

Zakir Həsənov Qırğızıstana başsağlığı verdi - VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirin cari ilin 17 yanvar tarixində, təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verdiyi bildirilir.