Ermənistan ordusunda qeyri-döyüş itkilərinin sayı artır
    • 18-01-2024, 17:22
    • 118

Ermənistan ordusunda qeyri-döyüş itkilərinin sayı artır


Sülh dövründə orduda ölənlərin sayı dinamik şəkildə artır, intiharlar da eyni dərəcədə artır.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan deyib.

"Bu itkilər orduda nizam-intizamla bağlı ciddi problemlərin olduğunu göstərir. 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64, 2023-cü ildə isə daha çox ölüm halı qeydə alınıb", - o bildirib.