107 yaşlı Laçın sakini: “Budəfəki seçkilərdə lap ürəkdən səs verəcəyəm”
    • 24-01-2024, 20:56
    • 172

107 yaşlı Laçın sakini: “Budəfəki seçkilərdə lap ürəkdən səs verəcəyəm”

"Mən özüm (seçki məntəqəsinə - red.) gedə bilmirəm. Amma seçki günü qutu gətirirlər, evdə səs verirəm. Budəfəki seçkilərdə lap ürəkdən səs verəcəm".

News24.az xəbər verir ki, bu fikirləri secki-2024.az saytına Laçın rayonunun 107 yaşlı sakini Mülayim Mustafayeva deyib.

Mülayim nənə bildirib ki, ən böyük arzusu gedib Laçını görməkdir: "107 yaşım var, amma o vaxt sənədim 3 il gec yazılıb. Allah bu yaşımda mənə bu qədər xoşbəxtlik bəxş etdi. Şükür, Laçınımız da, o biri rayonlarımız da azad olundu. Kim inanardı ki, neçə ildən sonra torpağımız alınacaq? Ordumuz var olsun ki, bu qarının ürəyini şad etdilər, hamı sevindi, bütün camaatımız, xalqımız sevindi. Allah şəhidlərimizə də rəhmət eləsin! İndi hamı seçkilərdə sevinclə iştirak etməlidir".