“Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir”
    • 19-01-2024, 15:44
    • 123

“Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir”

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi xalqımız, dövlətimiz üçün önəmli məsələdir”.

News24.az xəbər verir ki, bu fikirləri secki-2024.az saytına “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib. Birlik sədri vurğulayıb ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisində keçiriləcək: “Zəfər qələbəmizin fonunda Azərbaycanın seçkilərə getməsi bütün dünyaya mesajdır. Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Əminəm ki, xalqımız üçün bu seçkilər çox fərqli və yüsək əhval-ruhiyyə keçəcək. “Çernoblçı”lar və onların ailə üzvləri bu seçkilərdə birmənalı şəkildə iştirak edəcəklər”.

M.Həsənov qeyd edib ki, ölkədə seçkilər hər zaman demokratik şəkildə keçirilib: “Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir. Qurum olaraq hər kəsi sağlam rəqabət halında keçəcək seçkilərdə iştirak etməyə və tarixin bir parçası olmağa dəvət edirik”.