Bakıda məscidin qarşısında AĞIR QƏZA  - ÖLƏN VAR
    • 27-01-2024, 11:24
    • 129

Bakıda məscidin qarşısında AĞIR QƏZA - ÖLƏN VAR

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Vüqar Şahbalıyev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə İmam Rza məscidinin qarşısında qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı vəfat edən piyadanın 1966-cı il təvəllüdlü Zöhrə Cəbrayıl qızı Xəlilova olması müəyyənləşib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.