-
- 30-01-2024, 13:30
- 1 136
Dolları olanların NƏZƏRİNƏ: BELƏ OLAN HALDA....
Son günlər sosial şəbəkə səhifələrində köhnə buraxılışlı olan dollarların dövriyyədən çıxarılması ilə bağlı məlumatlar yayılmaqdadır Hətta, bir sıra bankların köhnə dollarları almaqdan imtina etmələri və ya məzənnədən daha aşağı qiymətə almağı təklif edilir. Bu məsələ isə insanlar arasında ciddi narazılığa səbəb olur.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hətta 1800-cü illərdə belə çıxan dollar bu gün dövriyyədədir:
“Bununla bağlı heç bir qadağa, nə maneə, nə də hansısa bir imtina ola bilməz. Bu şayələrdən başqa bir şey deyil. Zaman-zaman belə həqiqəti əks etdirməyən fikirlər yayılır. Bununla bağlı qərarı yalnız ABŞ Mərkəzi Bankı verə bilər. Belə bir qərar isə yoxdur. Azərbaycan Mərkəzi Bankında isə belə bir məhdudiyyət yoxdur. Bu daha çox ajiotaj yaratmaq üçün yayılan şayələrdir. Əgər bu hallar baş verirsə və yaxud vətəndaş belə bir halla üzləşirsə, mütləq Mərkəzi Bankın qaynar xəttinə zəng etsin və Mərkəzi Bank mütləq bu qeyri-qanuni məsələ ilə bağlı tədbir görəcək. Çünki Mərkəzi Bank belə məsələlərə operativ reaksiya verir”.
Mehriban Mirzəzadə