Tərtərdə avtomobil kanala aşıb, Bakı sakini ölüb
    • 4-02-2024, 22:55
    • 176

Tərtərdə avtomobil kanala aşıb, Bakı sakini ölüb

Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

News24.az APA-ya istinadla xəbər verir ki, Bakıdan qonaq gələn 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus "VAZ-21015" markalı minik avtomobilini idarə edərkən nəqliyyat vasitəsini su kanalına aşırıb.

Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev boğularaq ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.