Mübariz Mənsimov əməliyyat olundu
    • 5-02-2024, 23:21
    • 224

Mübariz Mənsimov əməliyyat olundu


"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbul xəstəxanalarının birində cərrahiyyə əməliyyatı keçirib.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə holdinqin sözçüsü Fidan Quliyeva Feysbuk hesabında paylaşım edib.

"Palmali Holdinq"in baş direktoru Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib. Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadı", - paylaşımda bildirilib.

Fidan Quliyeva M.Mənsimovun açıqlamasını da paylaşaraq, həkimlərin lazımi bütün tədbirləri gördüyünü qeyd edib.