Rusiya Ermənistandan Putinlə bağlı TƏMİNAT İSTƏDİ
    • 12-02-2024, 20:10
    • 181

Rusiya Ermənistandan Putinlə bağlı TƏMİNAT İSTƏDİ

“Ermənistan yaxın vaxtlarda ora səfər edəcək Vladimir Putinin həbs olunmayacağına rəsmi təminat verməlidir”.

RTV-nin xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O xatırladıb ki, adı çəkilən ölkənin Roma statutuna qoşulması ikitərəfli münasibətlərdə yeni reallıqlar yaradıb. D. Peskovun qənaətincə, bu məsələyə dair fikir ayrılıqları qarşılıqlı dialoq şəklində həll olunmalıdır. 

Qeyd edək ki, Rusiyanın etirazlarına baxmayaraq, Ermənistan fevralın 1-dən rəsmən “Roma statutu”na üzv olub. Bu statut Beynəlxalq Cinayət Məhkəməsinin axtarışında olan şəxslərin həbsini və adı çəkilən orqana təhvil verilməsini nəzərdə tutur. 

Fərid Azəri