NATO dağılacaq - Bu tarixdə
    • 13-02-2024, 12:44
    • 133

NATO dağılacaq - Bu tarixdə

NATO-nun dağılması zaman məsələsidir.

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, Avropa İttifaqı (Aİ) öz təhlükəsizliyini təmin etmək üçün artıq ABŞ-a arxalana bilməz:

“İndiki mərhələdə ABŞ-dakı prezident seçkilərində Donald Trampın qalib gəlməsinin əhəmiyyəti yoxdur. Bu, yalnız NATO-nun dağılma vaxtına təsir edə bilər”.

Qeyd edək ki, Şimali Atlantika Alyansı - NATO 1949-cu ildə yaradılıb. Alyansın təsis edilməsində məqsəd sülhün qorunmasını və azadlıqların müdafiəsini təmin etməkdir. Hazırda Alyansın 31 üzvü var.

Mehriban Mirzəzadə