Lavrov:“Kiyev indi beynəlxalq dilənçi kimidir”
    • 16-02-2024, 18:47
    • 188

Lavrov:“Kiyev indi beynəlxalq dilənçi kimidir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev administrasiyasının Rusiyaya qarşı apardığı müharibədə beynəlxalq yardım tələbini tənqid edərək, “Kiyev hakimiyyəti indi beynəlxalq dilənçi kimidir” deyib. 

News24.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən “Avromaydan: Ukraynanın itirilmiş onilliyi” adlı konfransda Ukraynadakı vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

2014-cü ildən sonra Ukraynanı qərbyönlü siyasətçilərin idarə etdiyini və bundan sonra Rusiya ilə Ukrayna arasında yaranan gərginliyi xatırladan Lavrov Ukrayna liderlərinin qərbyönlü siyasətini tənqid edib. 

Lavrov, “Qərb Rusiyanı nəzarətdə saxlamaq, öz təbirincə desək, Rusiyanı strateji cəhətdən məğlub etmək və dünya səhnəsində layiq olduğu rolu oynamasına mane olmaq üçün Ukraynadan hər mənada istifadə edir. Nəticədə Rusiya İmperiyası (Çar Rusiyası) və Sovet İttifaqı dövründə ən zəngin və ən yüksək sənaye potensialına malik olan Ukrayna Avropanın ən yoxsul, yoxa çıxan regionuna çevrildi. Kiyev məmurları indi beynəlxalq dilənçi kimi qələmə verilir " dedi.

Günel Məlikzadə