9 yaşlı uşağı avtomobil vurub
    • 16-02-2024, 21:59
    • 179

9 yaşlı uşağı avtomobil vurub


Cəlilabad rayonunda 9 yaşlı uşağı avtomobil vurub.

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, N. Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.