OnePlus-dan sərfəli telefon
    • 17-02-2024, 19:10
    • 147

OnePlus-dan sərfəli telefon

Sektora ilk dəfə qabaqcıl modelləri ilə girən, lakin zaman keçdikcə giriş və orta səviyyə seqmentinə diqqət yetirməyə başlayan "OnePlus" bir müddət əvvəl təqdim etdiyi "Nord N30 SE" modelini bazara çıxarmaq üçün qollarını çırmalayıb.  Brend hazırda cihazın qiymətini və ya qlobal bazarlara nə vaxt çıxacağını açıqlamasa da, son məlumatlar belə detalları ortaya qoyur. 

News24.az şirkətə yaxın mənbələrdən alınan məlumata istinadən xəbər verir ki, "OnePlus Nord N30 SE" Avropa macərasına tək seçimlə daxil olacaq: 4 GB RAM və 128 GB daxili yaddaş. Qiyməti isə 320 dollar civarında olacaq.

Cihazın təqdimat tarixi ilə bağlı dəqiq məlumat verməyən mənbələr bu ilin ilk yarısında mühüm inkişafların baş verə biləcəyinə diqqət çəkib. Bundan əlavə, qeyd edək ki, smartfon MediaTek Dimensity 6020 prosessoru, 6,72 düymlük Full HD + LCD ekran və 33 Vt sürətlə doldurulan 5000 mAh batareya kimi orta seqment elementlərə malikdir.

Günel Məlikzadə