İrəvan və Moskvanın mövqeləri tamamilə fərqlənir - Peskov
    • 19-02-2024, 14:35
    • 94

İrəvan və Moskvanın mövqeləri tamamilə fərqlənir - Peskov

“Rusiya və Ermənistanın Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə diametral şəkildə əks baxışları var. Bu sirr deyil, məlum mövqedir”.

News24.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətlə bağlı Moskvanın fərqli mövqeyini qeyd edən Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına münasibət bildirərkən deyib. 

Peskov vurğulayıb ki, Rusiya Ermənistanla razı deyil və israrla həqiqətləri izah etməyə davam edəcək. 

Qeyd edək ki, Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha İrəvanın Ukrayna məsələsində Moskvanın müttəfiqi olmadığını bəyan edib.

Qumral