39 yaşlı azərbaycanlı Polşada ÖLÜ TAPILDI
    • 19-02-2024, 17:09
    • 695

39 yaşlı azərbaycanlı Polşada ÖLÜ TAPILDI

Polşada 39 yaşlı Azərbaycan vətəndaşı vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Polşanın xəbər portalları məlumat yayıb. 

Həmin şəxs kirayə qaldığı otaqda başından güllə yarası alıb və xəstəxanada dünyasını dəyişib.

Hal-hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

İlkin rəyə əsasən, şəxsin özünü öldürdüyü ehtimal edilir. Hadisənin 2-ci Dünya Müharibəsi silahı ilə törədildiyi qeyd edilir. 

Qumral