Rusiyada vəzifəli şəxs vəfat etdi
    • 24-02-2024, 17:15
    • 141

Rusiyada vəzifəli şəxs vəfat etdi

Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev 81 yaşında Moskvada vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Dərin təəssüf hissi ilə bildiririk ki, 2024-cü il fevralın 23-də Rusiya  Ali Məhkəməsinin sədri Vyaçeslav Mixayloviç Lebedev vəfat edib”, - bəyanatda deyilir.

Ali Məhkəmə qeyd edib ki, Lebedev daxili məhkəmə sisteminin möhkəmlənməsinə və inkişafına, müstəqil məhkəmə sisteminin konstitusiya və qanunvericilik əsaslarının formalaşdırılmasına, məhkəmə ictimaiyyəti orqanlarının formalaşdırılmasına əvəzsiz töhfə verib. O, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə, cinayət qanunvericiliyinin humanistləşdirilməsinə, ədalət mühakiməsinin açıqlığının, onun əlçatanlığının və sosialyönümlülüyünün artırılmasına xüsusi diqqət yetirib.

Merhriban Mirzəzadə