Azərbaycanda DƏHŞƏT: motosiklet sərxoş şəxsin üzərindən keçdi
    • 5-03-2024, 09:50
    • 189

Azərbaycanda DƏHŞƏT: motosiklet sərxoş şəxsin üzərindən keçdi

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.

Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.