Azərbaycan açar rolunu oynayır - Deputat
    • 5-03-2024, 11:30
    • 193

Azərbaycan açar rolunu oynayır - Deputat

Bu gün Azərbaycan Avropanın qaz təminatında açar rolunu oynayır.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Tahir Rzayev deyib. 

O bildirib ki, bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrdən 6-sı Avropa ölkəsidir:

"Avropa Azərbaycana demək olar ki, möhtacdır. Azərbaycan əleyhinə aparılan təbliğat göstərir ki, Avropa Parlamenti Fransa kimi dövlətlərin əlində oyuncağa çevrilib. Bu qurumun qəbul etdiyi sənədlər qərəzdən ibarətdir. Bəlli olur ki, erməni lobbisindən maliyyələşir. Onların Azərbaycan əleyhinə davranışları, təbliğatları, qəbul etdikləri sənədlər münasibətlərə kölgə salır və onları gələcəkdə enerjisiz qoya bilər", - deyə, millət vəkili qeyd edib.

Qumral