Hərbi helikopter İzmirə məcburi eniş etdi
    • 5-03-2024, 17:14
    • 173

Hərbi helikopter İzmirə məcburi eniş etdi

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İzmirdəki Çiğli 2-ci Əsas Jet Baza Komandanlığından havaya qalxan helikopterin texniki nasazlıq səbəbindən təcili eniş etdiyini, hadisə nəticəsində bir personalın yüngül xəsarət aldığını açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada hadisə nəticəsində yüngül xəsarət alan şəxsi heyətin xəstəxanaya göndərilərək müalicəsinə başlanıldığı, hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Günel Məlikzadə