ABŞ-da helikopter qəzaya uğrayıb
    • 9-03-2024, 08:30
    • 164

ABŞ-da helikopter qəzaya uğrayıb


Texasda ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, hadisə Meksika ilə sərhədə yaxın La Qrulla qəsəbəsində baş verib.

Qəza nəticəsində azı iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

Yerli hökumət sözçüsü təsdiqləyib ki, bu, federal tapşırıqla Sərhəd Patrul Xidməti ilə işləyən hərbi helikopterdir.