“Ukrayna ilə azad ticarət sazişi əlaqələri sürətləndirəcək”
    • 9-03-2024, 20:05
    • 151

“Ukrayna ilə azad ticarət sazişi əlaqələri sürətləndirəcək”

Türkiyə Prezidenti Ərdoğan Dolmabahçe İş Ofisində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

News24.az xəbər verir ki, Ərdoğan, "Ukrayna ilə azad ticarət müqaviləsinin dərhal qüvvəyə minməsi, şübhəsiz ki, əlaqələrimizə yeni sürət qatacaq" dedi.

Ərdoğan, “Müharibəyə baxmayaraq, ikitərəfli ticarətimizin sabit seqmentdə getməsindən məmnunuq. 10 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmağa razılaşdıq. Azad Ticarət Sazişinin dərhal qüvvəyə minməsi, şübhəsiz ki, əlaqələrimizə yeni təkan verəcəkdir". 

Prezident Ərdoğan Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazır olduqlarını bildirib. Ərdoğan həmçinin bildirib ki, Ukraynanın yenidən qurulması səylərini güclü şəkildə dəstəkləyəcəklər.

Zelenski isə Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünə verdiyi dəstəyə görə Ərdoğana və türk xalqına təşəkkür edib. 

Günel Məlikzadə