Avropa qlobal müharibəyə səbəb ola bilər
    • 11-03-2024, 08:45
    • 178

Avropa qlobal müharibəyə səbəb ola bilər


AB-yə üzv olan ölkələrin Ukraynadakı münaqişənin kompromis həllini axtarmaqdan imtinası qitədə qlobal müharibənin başlamasına səbəb ola bilər.

News24.az Axar.az xəbər verir ki, bunu Fransa Dövlət Şurasının üzvü və hüquq müdafiəçisi Arno Klarsfeld X platformasında yazıb.

Onun sözlərinə görə, Moskva ilə Kiyev arasındakı münaqişəyə görə region ictimaiyyəti müəyyən qədər məsuliyyət daşıyır:

"Söhbət Brüsselin bu böhran çərçivəsində kompromis axtarmaq istəməməsindən gedir. Beləliklə, AB qitəmiz üçün fəlakət təhlükəsi yaradan qlobal münaqişə riskini artırır".