Təyyarə idarəetməni itirdi : 50 nəfər yaralandı
    • 11-03-2024, 14:45
    • 209

Təyyarə idarəetməni itirdi : 50 nəfər yaralandı

Sidneydən Oklendə uçan təyyarə idarətməni itirməsi nəticəsində sərnişinlər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “New Zealand Herald” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisədən sonra təyyarə Oklendə planlı eniş edib, bundan sonra xəsarət alan sərnişinlərə tibbi yardım göstərilib.

Hadisə nəticəsində 50-yə yaxın insan xəsarət alıb. Bir sərnişinin ağır yaralandığı, qalanlarının isə yüngül və orta dərəcəli xəsarətlərlə xilas olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə