"BMT sülh və təhlükəsizliyi təmin edə bilmir"
    • 12-03-2024, 13:39
    • 149

"BMT sülh və təhlükəsizliyi təmin edə bilmir"

Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin prezidenti və 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş ukraynalı insan haqları üzrə vəkil Oleksandra Matviiçuk İngiltərənin paytaxtı Londonda dünya üzrə müharibə, münaqişə zonalarında qaçqınların vəziyyətindən danışıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) sülh hesabatı və təhlükəsizliyin təmin edilməsində rolu ilə bağlı qiymətləndirmələr aparıb.

News24.az xəbər verir ki, BMT-nin qaçqınları qorumaq səylərinin yetərli olmadığına diqqət çəkən Matviiçuk, təşkilatın beynəlxalq öhdəliklərinin olduğunu bildirib.

Rusiya-Ukrayna müharibəsi səbəbiylə ölkələrini tərk etmək məcburiyyətində qalan ukraynalıların bir çox ölkədə müsbət qarşılandığını izah edən Matviiçuk, digər tərəfdən, eyni vəziyyətdə olan fərqli millətlər üçün bunun belə olmadığına diqqət çəkib.

Bu vəziyyətə misal olaraq suriyalı qaçqınları göstərən Matviiçuk, “Biz həmkarlarımız və dostlarımızla danışanda, məsələn, Suriyadan gələn suriyalı qaçqınların vəziyyətini izah etdikdə, onlar çox daha həssas olurlar” dedi. 

Dünyanın müxtəlif yerlərində bəzi qaçqınların bütün həyatlarını düşərgələrdə keçirdiklərinə diqqət çəkən Matviiçuk qaçqınların bu düşərgələrdə doğulduğunu və ömürlərinin sonuna qədər burada qaldığını bildirib.

"Biz bilirik ki, qaçqınlar bu düşərgələrdə sıxışıblar. Bu, sadəcə, sürreal vəziyyət deyil, əsl dəhşətdir. Təbii ki, BMT bu problemi həll etməlidir", - Matviiçuk bildirib. 

Günel Məlikzadə