SON DƏQİQƏ! Nailə Qasımova və övladı vəfat etdi
    • 12-03-2024, 18:56
    • 12 216

SON DƏQİQƏ! Nailə Qasımova və övladı vəfat etdi

Şabranda doğuş zamanı ana və körpəsi ölüb.

News24.az report-a istinadən xəbər verir ki, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.