Avtovağzalda 18 nəfər girov götürüldü, ölənlər var
    • 13-03-2024, 08:44
    • 1 069

Avtovağzalda 18 nəfər girov götürüldü, ölənlər var

Rio-de-Janeyroda şəhərin mərkəzindəki avtovağzalda 18 nəfər girov götürülüb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Həmin şəxslər avtobusun içərisində girov saxlanılıb.

Şahidlərin sözlərinə görə, avtobus yaxınlıqdakı Minas Jerais əyalətindəki Huiz de Fora şəhərinə gedirmiş. Kişi iki sərnişini vuraraq öldürüb və avtobusda terminal dayanacağında barrikada qurub.

Zərərçəkənlərdən biri sinə və qarın nahiyəsindən güllə yarası alıb.

Hadisədən saat sonra təcavüzkar polisə təslim olub və bütün girovlar sərbəst buraxılıb.