Sevgilisini qatarın altına itələdi
    • 14-03-2024, 20:49
    • 210

Sevgilisini qatarın altına itələdi

Moskvada sevdiyi xanımı metroda qatarın altına itələyən şəxs saxlanılıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, cütlük platformada dayanarkən mübahisə edib və hirsli kişi sevgilisini yerə yıxıb. Sonra o, şahidlərə əhəmiyyət verməyərək onu birbaşa yaxınlaşan elektrik qatarının altındakı relslərə itələyib. 

Sürücü cəld reaksiya verib və təcili əyləci basıb, hadisə nəticəsində qız xəsarət almayıb. Hadisənin şahidi hücumçunun qaçmasına imkan verməyib, bundan sonra polis şübhəli şəxsi saxlayıb və daxili işlər şöbəsinə aparıb. Hazırda onun barəsində cinayət işinin başladılıb.