"Bütün sərhəd qapılarını açmalıdılar"
    • 14-03-2024, 20:15
    • 151

"Bütün sərhəd qapılarını açmalıdılar"

Avropa Parlamenti (AP) Baş Assambleyası tərəfindən 372 lehinə, 44 əleyhinə və 120 bitərəf səslə qəbul edilən çağırışda millət vəkilləri Qəzzada aclıq təhlükəsi də daxil olmaqla humanitar vəziyyətdən "dərin narahat olduqlarını" bildiriblər. 

News24.az xəbər verir ki, İsraili bütün sərhəd qapılarını açmağa və humanitar yardımın Qəzzaya çatması üçün konvoyların keçidini asanlaşdırmağa çağıran millət vəkilləri, bölgədə "təhlükəsiz və maneəsiz humanitar yardımın təcili şəkildə çatdırılmasına ehtiyac olduğunu" vurğuladılar.

Millət vəkilləri Qəzzada kütləvi aclıq riskini aradan qaldırmaq üçün "dərhal, daimi atəşkəs" və məhbusların "dərhal, qeyd-şərtsiz" azad edilməsi çağırışlarını təkrarladılar.

Günel Məlikzadə