"Dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir" - Əli Əsədov
    • 15-03-2024, 11:39
    • 183

"Dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir" - Əli Əsədov

Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir.

News24.az  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin tənzimlənməsi sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilib.

Baş nazir bildirib ki, əczaçılıq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymətqoyma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanılır.

Qumral