![Hakan Fidan Zəngəzur dəhlizindən danışdı](/uploads/posts/2024-03/1190248_16.webp)
-
- 15-03-2024, 12:01
- 168
Hakan Fidan Zəngəzur dəhlizindən danışdı
Ötən 4 il ərzində beynəlxalq və regional böhranlar olub.
News24.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.
"Eləcə də bu illər ərzində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olub", - XİN rəhbəri vurğulayıb.
Hakan Fidan qeyd edib ki, ölkələr arasında əməkdaşlığı irəli aparmaq üçün lazımi müzakirələr aparılıb: "Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq".
Nazir COP29-a ev sahibliyi münasibətilə ölkımizi təbrik edib.
"Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik", - Hakan Fidan qeyd edib.