Milli Observatoriyada “Sosial Jurnalistika” təlimi keçirildi
    • 15-03-2024, 17:05
    • 198

Milli Observatoriyada “Sosial Jurnalistika” təlimi keçirildi

Milli Observatoriyada növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.

News24.az xəbər verir ki, təlim “Əlillik sahəsində göstərilən xidmətlər və əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası” mövzusunda keçirilib.

Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində təşkil edilən iki günlük təlimdə 8 media qurumundan jurnalistlər iştirak edib.

Media nümayəndələrinə son illər əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, əlilliyin qiymətləndirilməsi prosesi,  reabilitasiya mərkəzləri və bu mərkəzlərdə göstərilən xidmətlər haqqında məlumat verilib. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək üçün workshop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqları cavablandırıb, bu mövzuda press-relizlər hazırlayıblar. 

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Mehriban Mirzəzadə