ABŞ-da ən böyük terror təhlükəsi ELAN EDİLDİ
    • 15-03-2024, 21:00
    • 135

ABŞ-da ən böyük terror təhlükəsi ELAN EDİLDİ

"ABŞ 2001-ci ildən bəri ən böyük terror hücumları təhlükəsi ilə üz-üzədir".

News24.az Publika.az-a istinadla xəbər verir ku, bu sözləri Texas senatoru Ted Kruz "Fox News"a müsahibəsində deyib .

Onun sözlərinə görə, miqrasiya böhranı buna səbəb olub.

Kruz qeyd edib ki, prezident Co Baydenin administrasiyası Amerika vətəndaşlarını terror təhlükəsindən qorumaq üçün heç nə etmir.

“Bu işğaldır. Və bu, demokratlara siyasi səbəblərə görə lazım olan müdaxilədir. Onların partiyasına nəzarət etməyin qiyməti isə insanların ölümüdür”, - senator bildirib.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-a miqrant axınını müharibə ilə müqayisə edib. Tramp Baydeni Birləşmiş Ştatlarda miqrantların törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığına görə, ölkənin hazırkı rəhbərini bu ölkənin indiyə qədər ən pis prezidenti adlandırıb.