Aİ israillilərə qarşı sanksiyalar tətbiq edir
    • 19-03-2024, 16:10
    • 198

Aİ israillilərə qarşı sanksiyalar tətbiq edir

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İordan çayının qərb sahilində zorakılıq edən israilli məskunlaşanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

News24.az xəbər verir ki, bu barədə Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

Sanksiyalar çərçivəsində zorakı köçkünlərin Aİ ölkələrinə girişi qadağan ediləcək. Bu şəxslərin Avropadakı aktivləri də dondurulacaq.

Qeyd edək ki, daha öncə ABŞ və Böyük Britaniya da zorakılıq edən yəhudi məskunlaşanlara qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Mehriban Mirzəzadə