-
- 19-03-2024, 13:18
- 174
ABŞ husiləri növbəti dəfə hədəfə aldı
Hücumlarla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media platforması X hesabında açıqlama verilib.
News24.az xəbər verir ki, açıqlamada CENTCOM qüvvələrinin husilərin nəzarətində olan ərazilərə “özünümüdafiə çərçivəsində” müdaxilə edərək 7 gəmi əleyhinə raket, 3 PUA və 3 silah saxlama konteynerini məhv etdiyi bildirilib. Bu silahların bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaradırdı.
Bəyanatda bu müdaxilənin “naviqasiya azadlığını qorumaq” və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri, ticarət gəmiləri üçün “daha təhlükəsiz” etmək üçün edildiyi qeyd edilib.
Günel Məlikzadə