Dani Alvesin girovunu ödəyən şəxsin adı açıqlanıb
    • 26-03-2024, 10:00
    • 198

Dani Alvesin girovunu ödəyən şəxsin adı açıqlanıb

Braziliyalı futbolçu Dani Alvesin həbsdən buraxılması üçün tələb olunan 1 milyon avroluq girovu ödəyən şəxs bəlli olub.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, bu vəsaiti Niderland millisinin futbolçusu Memfis Depay ödəyib.

"Atletiko"da çıxış edən hücumçu "Barselona"nın sabiq müdafiəsinin azadlığa buraxılması üçün yardımçı olub. Bank hesabları dondurulan və borcları olan Alvesin özü 1 milyon avro tapa bilməyib.

Qeyd edək ki, Memfislə Dani eyni vaxtda "Barselona" forma geyinib.