Şoyquya “Qızıl Ulduz” hədiyyə edildi - VİDEO
    • 28-03-2024, 15:28
    • 124

Şoyquya “Qızıl Ulduz” hədiyyə edildi - VİDEO

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Qızıl Ulduz” medalını Mərkəz qoşunlar qrupunun komandanı, general-polkovnik Andrey Mordviçevə təqdim edib.

News24.az xəbər verir ki, “Qızıl Ulduz” medalı Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən bu həftənin əvvəlində Mordviçevə verilən Rusiya Qəhrəmanı adına verilən mükafatdır.

Şoyqu Mordviçevi şəxsən təbrik edib, onun hərbi tapşırıqları nümunəvi yerinə yetirdiyini qeyd edib. Ölkənin müdafiəsinə verdiyi töhfəyə görə təşəkkür edib və ona xidmətində gələcək uğurlar arzulayıb.

“Bu, ölkəmizdə ən yüksək tituldur və əlbəttə ki, siz buna layiqsiniz. Buna görə də təkcə məndən deyil, bu gün qoruduğunuz bütün insanlardan təşəkkür edirəm”, - Şoyqu çıxışında deyib.

Günel Məlikzadə