Moskvadakı terror aktı ilə bağlı daha bir şübhəli şəxs saxlanıldı
    • 29-03-2024, 14:02
    • 384

Moskvadakı terror aktı ilə bağlı daha bir şübhəli şəxs saxlanıldı

Crocus City Hall-da törədilən terror aktı ilə bağlı daha bir şübhəli şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs “terrorçuluğun maliyyələşdirilməsi sxemində iştirak edib”. 

İstintaq Komitəsinin hesabatında o da qeyd olunur ki, “saxlanılan terrorçularla iş nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib”.

İstintaqın ixtiyarında terror aktının icraçılarının Ukraynadan xeyli miqdarda pul və kriptovalyuta aldıqları, cinayətin hazırlanmasında istifadə etdikləri barədə məlumatlar təsdiqlənib.

Qeyd edək ki, martın 23-də FSB terror aktı ilə bağlı cinayət işi çərçivəsində 11 nəfərin saxlandığını elan edib. Onlardan dördü, müstəntiqlərin fikrincə, birbaşa terrorçudur, daha üçü terrorçulara mənzil və avtomobillə kömək etməkdə ittiham olunur. Qalanları barədə hələlik məlumat daxil olmayıb.

Günel Məlikzadə